Brilliant Dadaşova erməni musiqiçiyə tərif yazdı - FOTO

iy-13
07:04 2017
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə gözlənilməz hərəkəti ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifaları altında şərhləri yer alıb. Belə ki, Varujanın iyunun 4-də yayımladığı videosuna Brilliant "Super" şərhini yazıb. Erməni musiqiçi isə ona "Sağ ol, əzizim" cavabını verib.

Məlum olub ki, bu B.Dadaşovanın onun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizin şərhləri, əla və ürək işarələri ortaya çıxıb.

Varujan videoda Azərbaycan mahnısı ifa edib. Musiqiçi B.Dadaşovanın İnstagram səhifəsini izləyənlər siyahısındadır.

Bir müddət əvvəl V.Şahbazyanın "Youtube" kanalında B.Dadaşovanın "Ağ çiçəyim" mahnısını ifa edən videosu da yerləşdirilib.

B.Dadaşovanın bu hərəkəti azərbaycanlı istifadəçilərin hiddətinə səbəb olub. Onlar xalq artistinə tənqidi şərhlər yazıblar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər