Deputatın yaxın qohumlarının həlak olduğu dəhşətli qəzadan (VİDEO)

iy-07
06:18 2017
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində - "SOCAR” yanacaqdoldurma məntəqəsində baş verib.

"Shacman” markalı yük avtomobili ilə "Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə vaxtı "Daewoo”da olan 1992-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və qardaşı, 1991-ci il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Behbud oğlu ilə onların xalası oğlu, 1995-ci ildə anadan olmuş Həsənov Həsən Bayraməli oğlu vəfat edib. Maşında olan digər sərnişin, 1995-ci ildə anadan olmuş Qurbanov Nicat İsa oğlu isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzada ölən Həsən Həsənovla ağır yaralanmış Nicat Qurbanov hərbi xidməti başa vurub evə gəlirmiş.

Qəzada ölən və ağır yaralanan əsgərlər ali təhsilli olub. Həlak olan Rövşən və Üzeyir Hacızadə qardaşları millət vəkili Şəmsəddin Hacıyevin qardaşı nəvələridir. Rövşən Hacızadə ailəli olub, onun 1 aylıq körpəsi var. Qardaşlar Bakıda yaşayırmış.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən qardaşlar bu gün Ucarın Lək kəndində torpağa tapşırılıb.



Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər