YAP Tağı Əhmədovun müdafiəsinə qalxdı: "Bu yolverilməzdir"

noy-30
14:25 2013
YAP Tağı Əhmədovun müdafiəsinə qalxdı: "Bu yolverilməzdir"


“Tağı Əhmədova qarşı ANS-in kampaniyası qərəzlidir. Kim istəyirsə gedib metropoliten işçilərindən Tağı Əhmədovun onlara necə qayğı göstərdiyini öyrənə bilər”. Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov deyib. O, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov əleyhinə ANS televiziyasının hazırladığı süjetlərə münasibət bildirərkən bunun yolverilməz olduğunu vurğulayıb:

“Tağı Əhmədovun dövlətçiliyə olan sədaqəti, səmimiyyəti ANS-in işçilərində yoxdur. Jurnalistə yaraşmayan hərəkətlərini istəyirlər ki, Tağı Əhmədovun üstünə yıxsınlar. Tağı Əhmədov səmimi insandır”.
Onun fikrincə, ANS-in apardığı təbliğat qərəzlilikdən başqa bir şey deyil.

Xatırladaq ki, T. Əhmədov bir müddət əvvəl ANS-in müxbirinin verdiyi suala ironik cavab verib. ANS isə metropoliten rəisinin dediklərini kobudluq və təhqir sayaraq T. Əhmədovu tənqid edən, onun istefasını tələb edən süjetlər hazırlayıb. Qeyd edək ki, T.Əhmədov YAP Yasamal rayon təşkilatının sədr müavinidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər