Məşhur erməni müğənni Bakı restoranında konsert verəcək - Foto

in-29
12:31 2017
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara məxsus restoranlardan birində erməni müğənni konsert verəcək

Gecə Rusakovskaya küçəsində yerləşən "Bakinskiy Dvorik” adlı restoranda baş tutacaq. Belə ki, sabah – iyunun 30-da sözügedən restoranda şanson musiqi jansı üzrə tanınmış erməni Bako (Boris Davidyan) ifa edəcək. Bu barədə restoranın sosial şəbəkələrdəki səhifələrində də məlumat yerləşdirilib. Boris Davidyan elanda "şansonun əfsanəsi” kimi təqdim olunub.

Qeyd edək ki, "Bakinskiy Dvorik” restoranlar şəbəkəsinin bir filialı da Bakıda, Abdulla Şaiq küçəsində fəaliyyət göstərirdi.

Məlumat üçün bildirək ki, Davidyan 1949-cu il, aprelin 28-də Bakıda doğulub. O, Bakı haqqında çox sayda mahnılar ifa edib. (BakuPost.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər