Elzadan İlhaməyə: Qəlyan başda olmur, başda ağıl olur

in-20
20:15 2015
Elzadan İlhaməyə: Qəlyan başda olmur, başda ağıl olur
























“Paxıllığın dili uzundur, çünki əlləri qısadır”

Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onun ünvanına dediyi tənqidi sözlərə münasibət bildirib.

Xeberci.info xəbər verir ki, Axşam.az-a açıqlama verən müğənni İ.Quliyevanın "Müqəddəs məşəli qəlyanla əvəz edib, başına qoyub. Çox ayıb olsun" sözlərinin onu məyus etdiyini deyib:

“İlhamə xanımın açıqlamasını görəndə məyus oldum. Çünki o xanıma hər zaman hörmətlə yanaşmışam. Hətta onun üçün “Daha ağ eləmə” adlı yeni mahnı da yazmışdım. Hazırda aranjimandadır. Özünün də xəbəri var. Mən Azərbaycanın unudulmaz tarixi günlərində belə bir addım atdım. Elza hər zaman dünya standartlarına uyğun layihələr, imiclər edib. Qələbə qazanan idmançılarımızı bu formada təbrik etdim. Ölkəmin bayrağına bürünüb, rəmzi olan məşəli başımda daşıdım. Bu dərəcədə paxıllıq gözləmirdim. Bayrağın yanında insan hansı cürətlə qəlyan adı çəkir? Qəlyan başda olmur. Başda ağıl olur. Allah da mənə gözəl ağıl verib. Mənim vətənpərvərliyimə xələl gətirmək istəyənlərə onu deyim ki, bacarmadınız. Paxıllığın dili uzundur, çünki əlləri qısadır”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər