Azərbaycanda məşhur gömrük rəisi işdən çıxarıldı

in-25
07:58 2017
Sədərək Gömrük Məntəqəsinin məşhur rəisi Mirməhəmməd Seyidov 3 gün əvvəl vəzifəsindən azad olunub

Bu barədə Naxçıvandakı mənbələrdən məlumat daxil olub. M.Seyidovun və daha bir neçə vəzifəli şəxsin vəzifəsindən azad olunmasının səbəbi məlum deyil. Məlumata görə, artıq Sədərək Gömrük Məntəqəsinə yeni rəis də təyin olunub.

M.Seyidov Azərbaycan cəmiyyətinə 2013-cü ilin dekabrında Türkiyədə qalmaqallı həbsi ilə tanışdır. Belə ki, həmin il dekabrın 17-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan Sədərək gömrüyünün rəisi, gömrük xidməti polkovniki Mirməhəmməd Seyidov bir neçə aylıq həbsdən sonra – 04 iyul 2014-cü ildə azadlığa çıxmış və nə qədər qəribə də olsa, bu həbsdən sonra işinin başına qayıtmışdı.

4 il əvvəl belə böyük qalmaqaldan vəzifəsini qorumaqla çıxan M.Seyidovun indi vəzifəsindən azad olunması maraq doğurur. (azpolitika)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər