51 yaşlı kişi məktəbdə intihar etdi - Meyiti direktor tapdı

in-07
07:39 2017
Lənkəranda orta məktəbdə intihar hadisəsi baş verib

Lənkəran şəhər Koroğlu küçəsi 3 ünvanında yerləşən S.Kazımbəyov adına 6 saylı məktəb-liseydə gözətçi işləyən 1966-cı il təvəllüdlü Məhərrəmov Aydın Bəycan oğlu özünü asaraq həyatına son qoyub. Onun məktəbin foyesində asılı vəziyyətdə qalmış meyitini məktəbin direktoru səhər saatlarında işə gələrkən görüb və dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.

Bildirilir ki, intihar edən A.Məhhərrəmov rayonun Mamusda kəndində yaşayırmış. 51 yaşlı gözətçinin son vaxtlar maddi sıxıntılar keçirdiyi deyilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

08:56

Lənkəranda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranın Mamusda kənd sakini, 1966-cı il təvəllüdlü Aydın Bəycan oğlu Məhərrəmov özünü asıb. İlkin məlumata görə, A.Məhərrəmov gözətçi işləiyi 6 nomrəli məktəbdə intihar edib. Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb. (lent.az)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər