Hakimiyyətə qarşı təxribatın deşifrəsi: Erməni kəşfiyyatı ilə kim işləyib? - İddialar

in-05
06:17 2017
Bəzi antiazərbaycan qüvvələri Azərbaycan-Gürcüstan münasibətlərinə təsir cəhdi növbəti dəfə iflasa uğradı

Həmin qüvvələr daim Azərbaycana qarşı faktlar axtarıb, ölkənin imicinə mənfi təsir etmək istəyib. Bu əvvəllər də olub.

Azərbaycan dövləti möhkəmləndikdən, həmin qüvvələrin əlləri boşa çıxdıqdan sonra onlar qonşu ölkələrdə, xüsusən də Gürcüstanda saxta mərkəzlər yaratmaqla Azərbaycan əleyhinə təbliğat aparmağa başlayıblar.

Onlar Azərbaycandan olan zəif iradəli insanları pulla ələ almaqla ölkəmizə qarşı istifadə ediblər. Bu prosesdə maliyyə dəstəyi çox böyük rol oynayır. Gürcüstanda fəaliyyət göstərən həmin saxta mərkəzlər Azərbaycana qarşı təxribatlar hazırlayır.

Həmin mərkəzlərin hətta Ermənistan xüsusi xidmət orqanlarına xidmət etməsini də istisna etmək olmaz. Çünki Ermənistan əksər hallarda Gürcüstan üzərindən Azərbaycana qarşı provakasiyalar hazırlayır.

Ulus.Az-ın məlumatına görə, Gürcüstan və Azərbaycan strateji müttəfiqdirlər. Hər iki ölkəni ortaq geosiyasi maraqlar birləşdirir.

Ermənilər daima Azərbaycan ilə müxtəlif millətlər arasında nifaq salmağa cəhd ediblər. Daima gah Azərbaycandakı etnik qrupları, gah müxtəlif qonşu xalqları Azərbaycana qarşı qaldırmağa səylər göstəriblər.

Ermənilərin bu çirkin siyasəti qarşısında həmin xalqlar çox ayıq olmalıdırlar. Gürcüstan son dəfə 2008 -ci il hadisələrində ermənilər və azərbaycanlılar arasında müqayisə apararaq düzgün nəticəyə gəlməlidir.

Azərbaycan hər zaman Gürcüstana öz dost əlini uzadıb. Azərbaycanla Gürcüstan arasındakı münasibətlər zəngin təcrübəyə malikdir.

Elə bilirəm, bu təcrübəni gürcü qonşularımız yaxşı bilir və xatırlayırlar ki, biz dövlət olaraq, xalq olaraq tarixin hansı keşməkeşli dönəmlərində onlara necə və neçə dəfə kömək etmiş, hətta güzəşt etmişik.

Odur ki, anti-Azərbaycan qüvvələrin felinə uymaq, onların oyununa gəlmək gürcü qonşularımıza yaraşmır və bu, bizdən öncə, onların özlərinə xeyir gətirməz.

Əgər kimlərsə keçici siyasi gedişlər adına bir şey edirsə də, gürcü dövləti, dövlətin sorumluluğunu daşıyanlar ən azı diplomatik kanallarla həqiqətin yanında olduqlarını bildirməli, Gürcüstan vətəndaşları olan, öz dədə-baba torpaqlarında yaşayan çoxminli soydaşlarımızın da heysiyyatının qorunması qayğısına qalmalıdır.

Gürcüstan müəyyən lobbi gücünə malik olsa da, diaspor gücü haqqında bunu demək çətindir.

Ermənilər Gürcüstan da daxil olmaqla, dünyanın çox yerində diaspor gücünə malikdir. Üstəlik, o gücə sahib olan “ölkə” Gürcüstanın ərazi bütövlüyünü ciddi təhdid edən böyük qonşunun “forpost”udur.

Qeyd edək ki, Tiflisdə son həbslər iki ölkə arasında qalmaqal yaradıb. Həbs ediənlər Azərbaycan hakimiyyətinə tənqidçi mövqedə dayanıb. Onların iqtidara qarşı kampaniya aparan Qərb dairələri ilə əlaqələri barədə şübhələr var.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər