Hökumət böhran dalğasında bankları domino daşı kimi dağıdır - Sensasion siyahı

in-02
06:36 2017
"Atabank” və “Caspian Development Bank” da birləşib

Artıq 15 bank dəfn olunub. Əslində, ölkədə bir bank saxlanmalıdır, hamısı bağlanmalıdır.

Çünki vəhşi kapitalizmin mahiyyəti bundan ibarətdir. Bir böhran dalğasında onlarla bank domino daşı kimi dağılır. Ətçəkən maşının da kreditlə alındığı quruluş kapitalizm adlanır.

Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatların təhlili göstərir ki, bank sistemindəki durum getdikcə ağırlaşır. Bankların demək olar ki, hamısı bu gün problemli kreditlərlə üz-üzə qalıblar.

Mərkəzi Bankın rəsmi statistikası da problemli kreditlərin həcminin getdikcə artdığını təsdiqləyir.

Bir qədər öncə bank islahatlarına onların konsolidasiya edilməsi yolu ilə start verilsə də indi bu prosses tamamilə dayandırılıb. Banklar zaman-zaman müştərilərə xarici valyutada verdikləri kreditlərin əsirinə çevriliblər. Azərbaycanda iki bankın birləşməsi prosesi başa çatıb.

Ulus.Az xəbər verir ki, bu prosesin davam edəcəyi də şübhəsizdir. Çünki bank siyasətini yüksək faizli kreditlər üzərində qurmuş müəssisələr çökməkdədirlər.

İlin sonuna qədər daha bir neçə bank bağlanacaq. Onların əksəriyyəti də nazir-məmur, deputat və komitə sədri olan məmurların himayəsindədir. Hər bir halda bəzi banklar “qara kağız” almalı olacaqlar. Gedişat bunu deməyə əsas verir.

Bu sırada “Unibank”, “Nikoil”, “Muğanbank”, Rabitə bank, Ekspress bank, Nikoil bank, AccessBank və digərlərinin adlarını çəkmək olar. Sözügedən kommersiya müəssisələrinin durumu ürəkaçan deyil.

Qeyd edək ki, Azərbaycan Sənaye Bankı, Zaminbank, Turanbank, “Bank of Azerbaican”, “Texnikabank”, “Kredobank”, “Bank Avrasiya”, “NBC Bank” bağlanıb.

Həmçinin, “Gəncəbank” , “Dekabank”, “Qafqaz İnkişaf Bankı”, “Parabank”, “Bank Kredit United”, “Günaybank”, “Azər-Türk Bank”,“Atrabank” tarixin arxivinə qovuşub.

“Atabank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki, iki bank – “Atabank” və “Caspian Development Bank”ın birləşməsi prosesi başa çatıb.

AtaBank ASC-nin aktivləri 607.3 mln. manat təşkil edərək ölkə banklan arasında 31İ bank arasında 8-ci yerdə olub. AtaBank ASC-nin kredit portfeli 546.1 mln manat təşkil edərək ölkə bankları arasında 4-cü yerdədir.

Bankın müddətli əmanət portfeli 375.2 mln. təşkil edərək banklar arasında 6-cı yerdə sıralanıb. AtaBank ASC fıziki şəxslərin əmanətləri 222.7 mln. manat təşkil edərək 6-cı yerdə sıralanıb. Bankın cəmi kapitalı 142.7 mln. təşkil edərək banklar arasında 4-cü yerdə olub. Bankın mənfəəti 2.5 mln. manat təşkil etmişdir və banklar arasında 7-ci yerdə olub. Bank filial şəbəkəsinə görə 31 filial və şöbə ilə banklar arasında 5-ci yerdə sıralanır.

AtaBank ASC ATM-şəbəkəsinə görə 86 ATM-lə 3-cü yerdə sıralanmaqdadır. POS-terminal sayına görə 17 870 ədədlə 1-ci yerdə sıralanır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər