“Üçlər ittifaqı” birləşmiş ordu yarada bilər: ermənilər “bu, sonumuzdur” deyir

may-30
05:23 2017
Qafqazda güclər nisbəti dəyişir: Rusiya narahatdır, Ermənistan yasda; Tam mümkündür ki, tezliklə Azərbaycan, Gürcüstan və Türkiyə neft-qaz kəmərlərinin birgə mühafizəsi üçün birləşmiş ordu qüvvələri yaratsın; ABŞ-ın çəkildiyi regiona Türkiyənin yenidən yerləşməsi Rusiya və İranın maraqlarına uyğun deyil

Son aylar Qafqazda böyük dövlətlərin nüfuz savaşının güclənməsinin işartıları yenidən görünməkdədir. Regionda yüz illərdir ki, ciddi təsir imkanlarına malik Rusiya ilə yanaşı İran da yenidən boy göstərməyə cəhd edir. Bu nüfuz savaşında isə bizim əsas müttəfiqimiz Türkiyədir ki, qardaş ölkənin regionda artan aktiv siyasəti dostlarını sevindirdiyi kimi, düşmənlərini yasa boğub.

Məlum olduğu kimi, mayın 24-də Batumidə Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin əməkdaşlığın daha da dərinləşdirilməsinə, regionda sülh və sabitliyin möhkəmləndirilməsinə dair imzaladıqları sənədi ciddi müzakirə etməkdədirlər. Qeyd edək ki, Gürcüstan mənbələri müdafiə nazirlərinin hər üç ölkənin baş qərargahlarının üçlü formatının yaradılması barədə də razılığa gəldiyini xəbər verib. Baş Qərargah rəislərinin ilk toplantısının bu ilin payızında Tiflisdə keçiriləcəyi razılaşdırılıb. İyunda isə Türkiyədə hər üç ölkə ordu birləşmələrinin hərbi təlimləri keçiriləcək. Sentyabrda isə kompüter təlimləri start götürəcək.

Göründüyü kimi, Cənubi Qafqazda ciddi bir hərbi əməkdaşlığı özündə ehtiva edən “üçlük” yaranıb və bu format indidən həm Rusiyanın, həm Ermənistanın yuxusuna haram qatmaqdadır. “Üçlər” ittifaqında NATO-nun ən güclü orduları sırasında olan Türkiyənin dominantlığı şübhə doğurmur. Bu hərbi əməkdaşlıq formatı heç kimə qarşı yönəlməyib. Amma indi xüsusilə Rusiya paytaxtında və İrəvanda bağlı qapılar arxasında əsas müzakirə mövzularından biri də Türkiyənin Qafqazda fəal siyasət yürütməsidir ki, bu narahatlıq zaman-zaman mediaya yansımaqdadır.

Rusiya nəşrləri yazır ki, İrəvan üçlük ölkələrinin əlaqələrinin bu səviyyəyə çatdırılmasından ciddi narahatdır, amma Sərkisyan rejimi Ermənistanın blokadadan çıxmasında son ümidi olan Gürcüstanla əlaqələrini korlamamaq üçün susmağa üstünlük verir. Ermənistan politoloqları bu formatın güclənməsini ölkənin sonu kimi qiymətləndirir. Ermənilər hesab edir ki, Ankara və Bakı birləşərək Ermənistanın birdəfəlik çökdürülməsinə hesablanmış siyasət aparırlar və bu məsələdə əsas rolu Ankara alır. Türkiyənin regionda siyasətinin fəallaşması fonunda ciddi müzakirə mövzusu ABŞ-ın bu mühüm regiondakı siyasətinin zəifləməsidir. Əlbəttə, NATO-nun Gürcüstanla əlaqələri hazırda yaxşı səviyyədədir, amma NATO Amerika demək deyil.

Məsələn, “The Amerikan Intersest” yazır ki, Qafqazın əhəmiyyəti onun ərazisi və ya əhalisinin sayına görə deyil, mühüm geopolitik kəsişmədə yerləşməsindədir. Nəşr qeyd edir ki, əgər 10 il əvvəl ABŞ-ın Cənubi Qafqazdakı üç dövlətə - Azərbaycana, Gürcüstana və Ermənistana əhəmiyyətli dərəcədə təsiri vardısa, indi “Obama dövründən Tramp dövrünə keçiddə” Vaşinqton bu regionda nüfuzu ilə qürrələnməkdən çox uzaqdır.

“Amerika üçün Qafqaz siyasəti əsas yer tutmur. Bu səbəbdən də region liderləri qəbul etdikləri qərarlarda Vaşinqtonun mövqeyi ilə hesablaşmırlar. Necə deyərlər, Amerika praktiki olaraq Qafqazı tərk edib” deyə, “The Amerikan Intersest” yazır. Amerika nəşri bundan sonra da Ağ Evin xarici siyasətində Cənubi Qafqazın ön plana çıxacağını proqnozlaşdırmağın çətin olduğunu yazıb. Amerikanın çəkildiyi regiona Türkiyənin yenidən yerləşməsi isə həm Rusiya, həm İranın maraqlarına uyğun deyil. Əvvəla, ona görə ki, Türkiyə bir NATO ölkəsidir. İkincisi, əsrlər boyu Türkiyənin də Amerikadan fərqli olaraq Cənubi Qafqazla mənəvi və mədəni telləri yaranıb ki, bu da əlaqələrin inkişafında mühüm rol oynayır. Nəhayət, Türkiyəni Cənubi Qafqazda Azərbaycanla qardaşlıq əlaqələri birləşdirir ki, bu da həm Moskva, həm Tehran üçün çəkindirici faktordur.

Ankara Avropa Birliyi ilə əlaqələrində məsafə qoyduğundan indi Cənubu Qafqazda möhkəmlənmək siyasəti yürüdür ki, bunu ermənilər də iddia edir. Ərdoğanın ABŞ-a səfəri çərçivəsində Vaşinqton Türkiyənin xüsusilə kürd silahlıları məsələsində təmin edə biləcək mövqe sərgiləmədi. Avropa Birliyi ilə yaranmış soyuqluq Ankaranın bu qurumla münasibətlərini yenidən “sıfır nöqtəsi” həddinə gətirib. Rusiya ilə barışıq və strateji əlaqələrin bərpası Ankaranı yenidən ərəb siyasətindən Qafqaza qayıtmağa sövq edir. Bu səbəbdən Ankaranın Gürcüstan və Azərbaycanla əlaqələrinin bundan sonra da inkişafı gözlənilən və arzuediləndir.

Hər üç ölkənin regional neft-qaz layihələri, bu yaxınlarda işə düşəcək Bakı-Tiflis-Qars dəmir yolu xətti “Üçlər”in əməkdaşlığı gələcəkdə daha möhkəmləndirməsi üçün zəmin ola bilər. Tam mümkündür ki, tezliklə hər üç ölkə neft-qaz kəmərlərinin birgə mühafizəsi üçün birləşmiş ordu qüvvələri (məsələn, qısa olaraq ATG) yarada bilər.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər