Ermənistanın növbəti uğursuzluğu – İran “yox” dedi

may-28
08:49 2017
Ermənistanın Aqarak rayonu yaxınlığında azad iqtisadi zona yaratmaq layihəsi baş tutmayıb.
Axar.az xəbər verir ki, Ermənistan İrana adıçəkilən rayonda azad iqtisadi zona yaratmağı təklif edib. İlkin hesablamalara görə, bunun üçün 30 milyon dollar sərmayə tələb olunub. Lakin İran tərəfi iqtisadi əsaslandırma apararaq bu rayona sərmayə yatırmaq istəməyib.
Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, Aqarak rayonunun dənizə çıxışı yoxdur və heç bir dövlətlə həmsərhəd deyil.
Ermənistanın “Armtimes” saytı yazır ki, guya rəsmi İrəvan bu layihəni reallaşdırmaqdan imtina edib. Lakin Ermənistanın iqtisadi vəziyyəti olduqca ağırdır və ölkəyə sərmayə cəlb edilməsi hökumətin ən başlıca vəzifəsidir. Belə olan halda görəsən hansı səbəbdən Ermənistan 30 milyon dollar sərmayədən imtina edib?
Müasir dövrdə iqtisadi inkişafa can atan heç bir normal dövlət sərmayədən imtina etməz, o cümlədən Ermənistan. Sadəcə olaraq İran investorları bu ölkənin perspektivinə şübhə ilə yanaşdıqlarına görə bu işi həyata keçirmək istəməyiblər ki, bunun da səbəbləri var.
İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı irəli sürdüyü torpaq iddiaları Ermənistanı təcrid olunmuş vəziyyətə salıb. Bundan başqa, Ermənistanda baş alan korrupsiya və rüşvətxorluq xarici sərmayədarları çəkindirir.
Bundan əvvəl rəsmi İrəvan İrandan dəmir yolu çəkmək və Ermənistan üzərindən keçməklə Rusiya ilə birləşdirmək təklifi ilə çıxış etmişdi. Lakin bu anlaşma kağız üzərində qaldı. Dəmir yolu çəkildi, ancaq Ermənistandan yox, Azərbaycandan keçməklə.
Aqarak rayonunda yaratmaq istədiyi azad iqtisadi zona Ermənistanın növbəti uğursuzluğudur.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər