İlahiyyatçılardan içki içənlərin oruc tutması haqda - “Bu ona vacibdir”

may-28
07:33 2017
Artıq müqəddəs Ramazan ayını yaşayırıq. Məlumdur ki, şəriətdə bu ayda insanlara günün müəyyən saatlarında yemək-içməkdən imtina etmək buyurulur

Müqəddəs ayın təqviminin açıqlanması ilə ənənəvi müzakirələrə də start verilib.

Müzakirəyə çıxarılan məsələlərdən biri də başqa vaxtlarda spirtli içki içən birinin Ramazan ayında oruc tutması ilə bağlıdır .
Ümumiyyətlə belə insanlar oruc tuta bilərmi?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında bildirib ki, içki içməsindən asılı olmayaraq oruc tutmaq bütün müsəlmanlara vacibdir:

“Müsəlman olan şəxs oruc tutmalıdır, bu ona vacibdir. İçki içirsə, günah edirsə, bunun cəzası öz yerindədir. Amma oruc tutmaq dini vəzifədir. Müqəddəs Qurani-Kərim kitabında da qeyd edilib ki, içki, şərab günah əməldir və haramdır. Bundan çəkinmək lazımdır. İnsanın içkidən çəkinməsi onun Allah qarşısında dini vəzifəsidir”.

İlahiyyatçı içki içənlərin bir ay da olsa, bu əməldən uzaqlaşmasını müsbət addım kimi qiymətləndirib:

“Ramazan ayında da içki içilsəydi necə olacaqdı? Tutaq ki, insan Ramazan ayından öncə də, sonra da içir, amma bir aylıq Allah üçün bu əməldən uzaqlaşarsa, sonra yavaş-yavaş içkini tərk edə bilər. Hər halda içkinin günahı öz yerində qalır. Lakin bir ay Allaha sayğı əlaməti olaraq oruc tutmaq insanı hansısa bəyənilməyən əməllərdən uzaqlaşdıra bilər”.

İlahiyyatçı Elşad Miri isə qeyd edib ki, həmin insanların ibadət etməsi öz xeyirlərinədir:

“Kim hansı günah edirsə, öz boynunadır. Eyni zamanda ibadət edirsə, bu da onun xeyrinədir. Sadəcə olaraq bir insan Ramazan ayını elə keçirməlidir ki, mənfi vərdişlərindən təmizlənə bilsin. Bu da digər 11 aya sirayət etsin. Digər aylarda içki içib yalnız Ramazanda bundan uzaqlaşmaq düzgün deyil”. (Azpolitika)

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər