Maliyyə şöbəsinin müdiri Ağdam təhsilində ailə podratı yaradıb

noy-16
18:49 2013
Maliyyə şöbəsinin müdiri Ağdam təhsilində ailə podratı yaradıb

Ağdam rayon maliyyə idarəsinin müdüri Elşad ?hmədov Ağdam təhsil şöbəsini tamamilə öz nəzarətinə keçirib

Daha əvvəl həyat yoldaşını Ağdam rayon təhsil şöbəsinin həmkarlar ittifaqı təşkilatının rəhbərliynə təyin etdirən və bu yolla büdcədən davamlı olaraq pul silən maliyyə şöbəsinin rəisi bir müddət əvvəl təhsil şöbəsinin mühasibi vəzifəsinə də öz adamını gətirməklə bu qurumu tamamilə öz nəzarətinə götürüb.

Bu barədə Ağdamdan PİA.AZ-a daxil olan məlumata əsasən Elşad Əhmədov bir müddət əvvəl məişət pozğunluğunda günahlandırlaraq maliyyə nazirinin əmrinə əsasən işdən qovulan Zamiq Bəşirovu Ağdam rayon təhsil şöbəsinə mühasib yerləşdirib. Mənbə bildirir ki, Zamiq Bəşirov maliyyə şöbəsində çalışarkən Elşad Əhmədovun qara işlərini həyata keçirib. İndii isə Elşad Abdullayev öz əlaltısından təhsil şöbəsində istifadə edir. Belə ki, Zamiq Bəşirov daxil olan məlumata əsasən maliyyə şöbəsinin müdiri ilə əlbir olaraq böyük mənimsəmələrə yol verir. Bildirilir ki, təhsil şöbəsində əlavə ştatlar açan Elşad Əhmədov onlarla «ölü can»ın adamın maaşını mənimsəyir. «Ölü can»ların maaşlarını isə Zamiq Bəşirov bir qayda olaraq plastik kartlar vasitəsi ilə Bərdədə alır.

Həmçinin məlumatda o da qeyd olunur ki, Zamiq Bəşirov öz iş yerində çox az tapılır. O daha çox vaxtını Bərdə kafelərində azartlı oyunlar oynamaqla keçirir.

Bundan başqa Ağdamdan daxil olan məlumatda bildirilir ki, Elşad Əhmədovun birbaşa tapşırığı ilə bu ildən başlayaraq Ağdam rayon təhsil şöbəsinin həmkarlar ittifaqı müəllimlərdən və təhsil işçilərinin üzvlük haqqını qeyri-qanuni olaraq 4 manat 80 qəpiyə çıxarıb. Qeyd edək ki, Ağdamın təhsil sistemində 5 mindən artıq insan çalışır və hər ay üzvlük haqqı olaraq təhsil işçilərindən tutulan 25 min manat vəsaitin çox böyük hissəsi Əhmədovlar ailəsi tərəfindən mənimsənilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər