Olimpiya çempionumuz bütün yarışlardan uzaqlaşdırıldı: Dopinq ittihamı

may-18
12:31 2017
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

T.Əsgərovun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb.

Yarışlardan kənarda götürülmüş dopinq-test nəticəsində onun orqanizmindən higenamin preparatı tapılıb. Bu preparatın ABŞ və Avropa Birliyi ölkələrində istifadəsi qanuni sayılır. Çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunub. Onun Əsərovdan nə vaxt və hansı şəraitdə tapıldığı barədə məlumat verilmir. Yalnız o məlumdur ki, 25 yaşlı idmançı 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub. Bu səbəbdən, Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

Siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub.
///Report

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər