BDU-nun kafedra müdiri vəfat etdi

may-17
06:55 2017
Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib

"Report"un məlumatına görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun "Paleontologiya və tarixi geologiya” kafedrasının, müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.

1968-1971-ci illərdə "Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub.

1975-1979-cu illərdə Fransa və Əlcəzair Respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstiutunda (Əlcəzair, Bumerdes şəhəri) "Paleontologiya” və "Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.
1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.

2012-ci ildən "Ümumi və tarixi geologiya” kafedrasının müdiri olub.

1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər