“Veysəloğlu”nun işçilərinin öldüyü qəza ilə bağlı rəsmi açıqlama

may-13
12:13 2017
Daxili İşlər Nazirliyi Yevlaxda 6 nəfərin ölümünə səbəb olan yol qəzası haqqında məlumat yayıb

Nazirlikdən verilən məlumata görə, mayın 12-də saat 20 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində Salahlı kənd sakini Ziyad Cəfərovun idarə etdiyi "VAZ-2107" və Tərtər rayon sakini Zülqədər Zülqədərlinin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Z.Zülqədərlinin sərnişinləri - Mingəçevir şəhər sakinləri Pərviz Zeynalov və Zahir Allahverdiyev, habelə Z.Cəfərovun sərnişinlərindən - həmkəndlisi İlya Həşimov hadisə yerinsə ölüb, digər 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Yevlax rayon Polis Şöşəsində tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ölən şəxslərdən 3-ü "Veysəloğlu" şirkətinin əməkdaşıdır.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər