Səlim Müslümov TSEK-ləri yoxlatdırır

noy-01
22:51 2013
Səlim Müslümov TSEK-ləri yoxlatdırır


Komissiyaların Rasim Gözəlov kimi kadrlardan “təmizlənməsi” prosesi başlayır

Məlum olduğu kimi ölkəmizdə prezident seçkilərindən sonra formalaşdırılmış yeni hökumətin tərkibində Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində yer almışdır. Bu dəyişiklik təbii ki, əksəriyyət tərəfindən əhalinin sosial müdafiə sahəsində artıq çoxdan gözlədiyi mütərəqqi islahatların həyata keçrilməsində ilk addım kimi qiymətləndirilir. İslahatlar isə həqiqətən də zəruridir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi Tibbi Sosial Ekspert Komissiyalarında (TSEK) bu günədək bərqərar olmuş vəziyyət olduqca bərbad durumu ilə diqqəti cəlb edir. Mövzuya dair əvvəllər də dərc etdiyimiz bütün materiallarda biz qeyd etmişik ki, redaksiyamıza daxil olan şikayət məktublarında 33 saylı Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional TSEK, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu müəssisə kimi qeyd olunur. Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu müəssisənin rəhbəri Rasim Gözəlovun əməllərinə son qoyulması istiqamətində indiyədək heç bir tədbir görülməmişdir. Bu vəziyyətdən böyük məharətlə yararlanmaqda davam edən TSEK sədri isə rayonun səhiyyə sistemini nüfuzdan salmaqda hələ də davam edir. Biz həmçinin artıq qeyd etmişdik ki, Sabirabad səhiyyəsinin ağır durumu ilə bağlı rayon ictimaiyyəti tərəfindən redaksiyamıza ünvanlanan şikayət məktublarının sayı getdikcə artır. Belə məlumatlardan birində oxuyuruq: “33 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Ümumiyyətlə, bu TSEK-in yarıtmaz fəaliyyəti vətəndaşları cana gətirib. Bir də görürsən ki, 33 saylı TSEK-də faktiki əmək qabiliyyətini itirən şəxs barəsində əlillik dərəcəsini təyin etməkdən boyun qaçırırlar. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Artıq ətraf rayonlarda hamı bilir ki, əlillik dərəcəsi və pensiya almaq üçün hökmən rüşvət verməlisən. Belə ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1000 manat, II qrup üçün 600-700 manat, III qrup üçün isə 400 manat rüşvət tələb olunur. Pulu olmayan şəxslər isə fiziki qüsurlu olmalarına rəğmən bu dərəcələri ala bilmirlər. Bütün bunlar onu göstərir ki, həqiqi əlillər qalıb kənarda, saxta yollarla əlillik vəsiqəsi qazananlar dövlətdən müavinət və başqa imtiyazlar alırlar.” Mənbələr iddia edirlər ki, hətta aşkar əlilliyi olan, məsələn bir qolunu itirmiş vətəndaşlar belə bu vəziyyətin sənədləşdirilməsi üçün 200-300 manat rüşvət verməli olurlar.Ümumiyyətlə son vaxtlar bölgələrdə fəaliyyət göstərən Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb edir. Bu mövzuda vətəndaşların aidiyyatı olan qurumlara ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlara və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Bütün bunları nəzərə alaraq ehtimal etmək olar ki, yeni nazirin bu sahədə həyata keçirəcəyi islahatlar, strukturun məhz Rasim Gözəlov kimi kadrlardan “təmizlənməsi” prosesi ilə başlaya bilər. Çünki bu addım atılmadığı müddətdə nəzərdə tutulmuş islahatlar paketi heç bir müsbət nəticəyə səbəb ola bilməyəcək...

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər