Azərbaycan müğənnisi "Eurovision"un finalına çıxdı - Səsvermə

may-10
06:06 2017
Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində "Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında təmsilçilərin çıxışları başa çatıb

APA bildirir ki, çıxışlardan sonra 15 dəqiqə ərzində səsvermə keçirilib. Azərbaycanı "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyeva mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb.

Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr, Belçika və Ermənistandır.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Xatırladaq ki, birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Diana Hacıyevadan başqa İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar çıxış ediblər.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Ukrayna və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər