Ərdoğan tarakana görə min otaqlı saray tikib: “Bu, bizə yaraşardımı?”

in-07
14:59 2015
Ərdoğan tarakana görə min otaqlı saray tikib: “Bu, bizə yaraşardımı?”

















Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaradakı yeni prezident sarayının inşa edilməsinin səbəbi tarakanlardır. Ərdoğan min otaqlı “Ağ saray”ın inşa edilməsi qərarını necə verdiyini açıqlayıb

Virtualaz.org saytı xəbər verir ki, Ərdoğan onun əvvəlki iqamətgahında hamam-tualeti tarakanların basdığını deyib.

“Mən baş nazir vəzifəsinin icrasına başlayanda iqamətgahımda hamam-tualetdə tarakanlar sürünürdü. Bəyəm Türkiyənin baş naziri üçün belə yer layiqdirmi? Siz ora qonaq dəvət edərdinizmi? Nə olacaq, əgər qonaq orada tarakanlar görsə və bu haqda dünyaya yaysa? Bunun əvəzini Türkiyə çox baha ödəməli olardı”- deyə Ərdoğan bildirib.

“Ağ saray”ın tikintisinə 610 milyon dollardan çox vəsait xərclənib. Bu saray Türkiyə müxalifətinin Ərdoğanı hədsiz israfçılıqda və sultanlar kimi dəbdəbəyə meylli olmaqda günahlandırmaq üçün tutarlı səbəb verib.

Seçki kampaniyası dövründə müxalifət bildirib ki, Ərdoğanın sarayında unitazlar qızıldandır. Ərdoğan isə müxalifətçiləri saraya dəvət edib. Bildirib ki, əgər onlar qızıldan unitaz tapsalar, istefa verəcək.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər