Dəyişən, döyüşən və gözəlləşən İmişli

apr-25
13:49 2017
İmişli rayonu adının mənası kimi özüdə iri cəkidə, sayılıb secilən rayonlardan biridir. İmişli rayonunda 2003-2004-cü illərə nəzər salanda, heç də ürək açan mənzərə görünmürdü

Onu vurğulamaq lazımdır ki, Ölkə Prezidentinin 14 aprel 2012- il tarixli sərəncamı ilə İmişli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Vilyam Hacıyevin İmişliyə gəlişindən sonra, İmişli fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da İmişli rayon İcra Hakimiyyətinin başcısı Vilyam Hacıyevin rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə İmişlidə inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar İmişli rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, İmişli rayonuna da əhəmiyyətli pay düşmüşdür. İmişlilər Vilyam Hacıyevin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. İmişli rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini İmişli və imişlilərə yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Vilyam Hacıyevin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.

Ümumiyyətlə, İmişli rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub.

Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi İmişli da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə İmişli, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.

Qarayaxmalarla, böhtan, şərlə iş görməyə artıq adət etmiş bir sıra üzdəniraq qəzetlər İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevi hədəfə götürüblər. Xəbər portallarının bəzilərində rast gəlinir ki, onların məqsədi Vilyam Hacıyevin gördüyü işlərə kölgə salmaqdır. Əslində çox dəqiq yanaşmadır. Çünki bu vəzifəyə təyin olunan Vilyam Hacıyevin ən qısa müddətdə rəhbərliyi altında İmişli rayonda görülən böyük işlər və uğurlar göz qabağındandır.



Dəyişən, döyüşən və gözəlləşən İmişli
Dəyişən, döyüşən və gözəlləşən İmişli
Dəyişən, döyüşən və gözəlləşən İmişli
Dəyişən, döyüşən və gözəlləşən İmişli
Dəyişən, döyüşən və gözəlləşən İmişli
Dəyişən, döyüşən və gözəlləşən İmişli

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər