Bu dərmanlar Azərbaycanda qadağan olundu – SİYAHI

apr-19
07:27 2017
Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı artırılır.

"Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilir.

Belə ki, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına MT-45 (İC-6) və Asetilfentanil dərman preparatlarının adı əlavə edilir.

Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə alfa-pirrolidinovalerofenon (a-PVP), Metoksetamin (MXE), para-metoksimetilamfetamin (PMMA) və para-metil-4-metilaminoreks (4,4-DMAR) dərman preparatlarının adı əlavə olunur.

Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrinə siyahısına da Fenazepan dərman preparatının adı əlavə edilir.

Dəyişikliklər BMT-nin Narkotiklər üzrə Komissiyasının 2016-cı il mart ayında keçirilmiş sessiyasının iclas qərarına əsasən, narkotiklərə nəzarət üzrə siyahılara 2 narkotik maddə və 4 psixotrop maddə daxil edilməsi ilə əlaqədar təklif olunur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

///Report

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər