Ziya Məmmədov bütün əmlakını satışa çıxarır

apr-18
06:32 2017
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə məxsus Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədir

Bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Onun var-dövlətinin bir neçə milyard olduğu bildirilir.

Qeyd edək ki, fevral ayının 13-də Prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız 1 dəfə medianın sualına cavab verən Z. Məmmədov “daha sıravi vətəndaşam”, “dincəlirəm” demişdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər