Şeyxülislam: Hacı Şahinin moizələrində həqiqət var

in-04
12:09 2015
Şeyxülislam: Hacı Şahinin moizələrində həqiqət var
























“Mən ona qulaq asıram”

Ötən il bəzi rayonlarda Ramazan ayında fətvanın verilməsində axundlar zəifliklər göstərmişdi. Biz o axundları yaxşı tanıyırıq. Bildirmək istəyirəm ki, rayonlarda fətvanın düzgün verilməsi çox vacibdir.

Xeberci.info xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurası və Elmi-Dini Şurasının birgə iclasında deyib:

“Mən istəməzdim ki, həmin axundlar bizdən iradlar eşitsinlər. Bu cür hallar baş verərsə hətta onlar işdən azad ola bilərlər. Keçən il biz qərar qəbul etdik və fətva verdik. Ancaq axundlar bunu camaata çatdırmadılar. Bunu tək məscidə gələnlərə deyil, bütün vətəndaşlara çatdırmaq lazımdır. Çox axundlarımız var ki, moizələri ötən ilkindən heç nə ilə fərqlənmir. Onlar öz üzərində işləmirlər. Mən Hacı Şahinin moizələrinə qulaq asıram. Çünki, orada həqiqət var. Niyədə qulaq asmayım?”, - deyə Şeyxülislam vurğulayıb.

Hacı Allahşükür Paşazadə qeyd edib ki, Zaqatalada bəzi məscidlərdə QMİ-nin təqvimlərinə tabe olmurlar. Orada icbar yoxdur. Onlar bizim təqvimi qəbul etmirlər. Azərbaycanda yaşayan insanlar bu ölkənin qərarlarına tabe olmalıdır. O icmalar ki, qanuna tabe olmurlar onlar ləğv olunacaq.

Şeyxülislam deyib:

“Məscidlərdə əhya gecələri hamı üçün olmalıdır. İmkan yaradılmalıdır ki, camaat, insanlar ibadətini rahat etsin.

Bizim nə dini etiqadlarımız varsa, onları qoruyub saxlamalıyıq. Biz istəyirik ki, bütün məscidlərdə şiə olduğu kimi, sünni molla və ya axundlar da olsun. Biz bu mənəviyyatı yaşatmalıyıq”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər