Dəhşət: "Bütov Azərbaycançı lider" Güneyli tələbənin təhsil haqqını necə yedi

in-02
22:11 2015
Dəhşət: "Bütov Azərbaycançı lider" Güneyli tələbənin təhsil haqqını necə yedi



























Bir müddət öncə, Avropa.info saytı özünü ayrı-ayrı şəxslərə Əmlak Komitəsi sədrinin müavini kimi təqdim edərək külli miqdarda pul alan keçmiş cəbhəçi, "Bütöv Azərbaycan Konseyi" adlı təşkilatın sədri Mərdan Seyidbəyli haqda yazı dərc etmişdi

Sözügedən yazıda Mərdan Seyidbəylinin məcburi köçkün Bayram Hacıyevi aldadaraq 18800 manat pulunu vermədiyi bildirilirdi. Ona yönələn ittihamlara cavab olaraq Mərdan Seyidbəyli Xeberci.info-ya açıqlamasında konkret şəkildə belə demişdi: "Əcəb eləmişəm".

Dünən isə redaksiyamıza Güney Azərbaycandan olan tələbə Rəhim Fəthipur adlı soydaşımız təşrif buyuraraq, saytımızda Mərdan Seyidbəyli haqqında gedən yazını oxuduğunu və "Bütöv Azərbaycan Konseyi" rəhbərinin ona məxsus olan pulu mənisədiyini bildirdi.

Azərbaycan Dövlət Tibb Universitetinin Stomatologiya fakültəsinin 4-cü kurs tələbəsi olan Rəhim Fəthipur ali məktəbə keçirməli olduğu ödəniş pulunun Mərdan Seydbəyli tərəfindən mənimsənildiyini deyir.

Güney Azərbaycanın Suldus şəhərindən və kasıb bir ailənin övladı olan R. Fəthipur M. Seyidbəyli ilə Mehriban Nəsibova adlı bir xanım vasitəsilə tanış olub.

Mehriban Nəsibova universitetin təhsil haqqını köçürməkdə çətinlik çəkən R. Fəthipur ilə M. Seyidbəylini tanış edərkən Mərdanın çox imkanlı və səxavətli biri olduğunu və cənubi azərbaycanlılara əlindən gələn qədər yardım edən biri olduğunu söyləyib.

Azərbaycanlı tələbə daha sonra zəngləşərək M. Seyidbəyli ilə görüşüb. Bötöv Azərbaycan idealogiyasından danışan Seyidbəyli özünü tələbəyə dövlət məmuru kimi təqdim edib və 17 il ərzində müxtəlif yüksək vəzifələrdə çalışdığını bildirib.

"Sonra məndən nə iş bacardığımı soruşdu. Dedim ki, elektirik işlərini bacarıram. Seydbəyli isə onun təşkilatının bütün güneylilərə kömək etdiyini bildirərək, mənə iş tapacağını nə lazımdırsa kömək edəcəyini dedi"

Onlar bir neçə dəfə görüşdükdən sonra M. Seyidbəyli tələbənin atası ilə maraqlanıb. Atasının nə işlə məğul olduğu haqda məlumat toplayan M. Seyidbəyli R. Fəthipura şəxsi təsərrüfatının olduğunu və müəyyən miqdarda pul gətirəcəyi təqdirdə onu da təsərrüfata şərik edəcəyini söyləyib.

Fəthipur atası ilə danışdıqdan sonra M. Seyidbəyliyə İranda torpaq sahələrinin olduğunu və onu satdıqdan sonra ən yaxşı halda beş min dollar gətirə biləcəyini deyib. M. Seyidbəyli bu məbləğ ilə razılaşdıqdan sonra Rəhimin atası torpaq sahəsini sataraq Azərbaycana gəlib.

M. Seyidbəyli Rəhimlə atasını Fizuli rayonuna apararaq orada ona aid olduğunu iddia etdiyi torpaq sahələrini göstərib və bu torpaqları əkib becərmək istədiyini bildirib. Rəhimin atası isə torpağa baxaraq oradan gəlir əldə etməyin mümkün olmadığını bildirib.

Rəhimin atası İrana qayıdarkən oğluna təhsil haqqını keçirmək üçün, 3300 manat verib. Mərdan Seydbəyli isə 3300 manatı Fəthipurdan borc istəyib.

"Beləliklə keçən ilin mart ayında Seyidbəyli 3300 manatı məndən aldı və ayın sonunda 1000 manatı qaytaracağını , pulun qalan hissəsini isə aprel ayında qaytaracağını dedi. Lakin qaytarmadı. Mən pulu Mərdana verdikdən sonra universitetdə bir sıra problemlərim yarandı. Təhsil haqqını ödəmədiyim üçün məni dərslərə buraxmırdılar. Nəhayət mən 6 aydan sonra ondan 3300 manatın 1000 manatını ala bildim. Verdiyim pulun 1400 manatını da daha sonra mənə xırda-xırda, 10, 20 manat şəklində verirdi. Daha sonra Seyidbəyli məndən Bakı şəhəri 6-cı mikrorayonda yerləşən və öz restoranı kimi təqdim etdiyi obyektdə elektrik işlərini görməyimi istədi. Mən oranın bütün elektrik işlərini gördüm, təhlükəsizlik kameralarını quraşdırdım. Mən bunun qarşılığında pul vermədiyi halda tərtib etdiyi bir sənədddə guya elektrik işləri üçün guya 2700 manat pul xərclədiyi yazıb. Bundan başqa o məni Saray qəsəbəsində yerləşən evində də işlədirdi. Amma dediyim kimi bütün bunların qarşılığında mənə yalnız öz verdiyim 3300 manatı hissə-hissə, necə deyərlər “semiçka pulu” kimi qaytarırdı.

Fəthipur deyir ki, Dövlət Miqrasiya xidməti tərəfindən 300 manat miqdarında cərimə olunub. Onun bu məbləği ödəməyə gücü çatmadığı üçün o yay tətilində ailəsinin yanına da gedə bilmir. Cənublu tələbə artıq qalmağa yerinin olmadığını da bildirdi.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər