Nazir: İlhamə qaça bilməsə də, hərəkət edəcək

in-02
21:58 2015
Nazir: İlhamə qaça bilməsə də, hərəkət edəcək
























“O, 150 məşəl daşıyandan biridir”

Çox təəccüblənirəm ki, niyə xalq artisti İlhamə ətrafında müzakirələr aparılır?! İlhamə xanım çox sevimli müğənnidir. O, 150 məşəl daşıyandan biridir. Qaça bilməsə də, hərəkət edəcək.

Xeberci.info xəbər verir ki, “Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı 2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Avropa Oyunlarının məşəlini daşıyanlar arasında müxtəlif sahələrdən olan tanınmış şəxslər var:

“Məşəli sırf idmançıların daşıması barədə ideyamız yox idi. Biz rayonlara müraciət etdik. Oradan tanınmış, ictimaiyyəti əhatə edən insanların adları təqdim olunub. Siyahılarda təkcə idmançılar yox, digər ictimai şəxslərin də adları var. Onlar Azərbaycanı dünyaya tanıtdıran insanlardır. Xalq artisti Əlibaba Məmmədov isə dedi ki, məşəli daşımaq çox çətindir. O, səhhətinə görə bu prosesdə iştirak edə bilmir”.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər