Metroda ayağını aralayıb oturan kişilər cəzalanacaq – VİDEO

in-02
21:51 2015
Metroda ayağını aralayıb oturan kişilər cəzalanacaq – VİDEO
























Digər sərnişinlərə hörmətsizliyə görə

Nyu-York polisi metropolitenin rəhbərliyinin təşəbbüsü ilə ictimai nəqliyyatda ayağını aralayıb oturan və bunun nəticəsində iki nəfərlik yeri tutan kişilərin həbsinə başlayıb.

Xeberci.info bu barədə Huffington Post-a istinadən xəbər verir.

Artıq iki latın amerikalı bu cəzaya məruz qalıb, onlar “ayağını aralayaraq oturmaqda və digər sərnişinlərə hörmətsizlikdə” ittiham edilirlər.

Kişilər şərti cəza alıblar, belə ki, hakimlər qeyd ediblər ki, hadisə günün günorta vaxtı metroda adam az olarkən baş verib.

Nyu-York sakinləri, əsasən də qadınlar bu cəzadan çox razıdırlar. Jurnalistlər hakimlərin verdiktini və bu fakta diqqətin yönəldilməsini “blogerlərin qələbəsi” hesab edirlər.

“Yer tutan ayaqlara” diqqəti onlar “Tumblr” sosial şəbəkəsində keçirilən kampaniya ilə diqqət çəkdilər. Onlar bunun üçün sosial şəbəkədə ayaqlarını aralayaraq oturan, bununla da başqa sərnişinə oturmaq imkanı verməyən kişilərin şəkillərini paylaşıblar.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SORĞU

Yeni Dizayn Necədir?

  Bütün səslər