İcra başçısının avtoş bacısı oğlu Qarabağ veteranını ölümünə döydürdü

in-01
15:04 2015
İcra başçısının avtoş bacısı oğlu Qarabağ veteranını ölümünə döydürdü























Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin bacısı oğlu keçmiş polis işcisi və Qarabağ döyüşcüsü Vüqar Musəviyə məxsus evə basqın edib. Basqında iki idmançı görkəmli şəxs də iştirak edərək başçının bacısı oğluna dəstək veriblər. Bu haqda redaskiamıza daxil olan məlumatda bildirlir ki, başçının bacısı oğlu ilə Qarabağ döyüşçüsünün mübahisəsi yolda başlayıb. Xəbəri redaksiyaya çatdıran mənbənin dediklərindən: “İcra başçısının bacısı oğlu maşınla avtoşluq edir. O, idarə etdiyi maşınla Vüqar Musəvinin idarə etdiyi maşını yol kənarına sıxışdıraraq qəza şəraiti yaradıb. Maşını aşmaqdan xilas edən Vüqar başcısının bacısı oğluna irad bildirərək maşını belə sürməsinin səbəbini soruşub. O da deyib ki, ”əcəb edirəm, biz beləyik, belə sürürük".

Bu cavabdan sonra hər iki şəxsin arasında mübahisə yaranıb. Ağayevin bacısı oğlu maşının açarlarını Vüqarın başına vurub və taksiyə oturaraq hadisə yerindən uzaqlaşıb. Bu hadisədən bir neçə saat sonra Vüqarın yaşadığı Potu kəndindəki mənzilinin qapısı döyülüb. Qapını açan Vüqar Musəvi icra başcının bacısı oğlu ilə rastlaşıb. Onun yanında tanımadığı idmançı görkəmli 2 nəfər də olub. Onlardan biri əlindəki kağız parçasını göstərərək deyib ki, 2 saatdı polisdə sənin ünvanını axtarırıq. Onun sözündən belə çıxıb ki, onlar Vüqarın maşın nömrəsini verib yaşadığı ünvanı polisdən öyrəniblər. Bu vaxt idmançılardan biri Vüqarın əllərini tutaraq qışqırıb ki, “vurun bunu”.

M.Ağayevin bacısı oğlu və digər gələn idmançı Vüqara zərbələr endiriblər. Səs-küyə küçəyə çıxan yoldaşı və baldızı Vüqarı xilas etməyə çalışıblar. Vüqarın əlini tutan idmançı bu vaxt ona zərbə endirib. Zərbədən yerə yıxılan Vüqarı hər üçü təpikləməyə başlayıblar. Qadınların köməyi sayəsində Vüqar qaçıb yaşadığı evə daxil olub və evin qapısını arxadan bağlayıb. İcra başçısının bacısı oğlu qapını sındıraraq evə girib. Vüqarı otaqların birində tutaraq başına zərbələr endirməyə başlayıblar. Zərbələrdən hüşunu itirən Vüqar yerə yıxılıb. Onlar sonra Vüqar Musəvinin qadın qohumlarını da döyüblər. V. Musəvinin həyat yoldaşı 102-yə etdiyi zəngdən 1 saat sonra Vüqarı Göyçay Polis Şöbəsinə çağırıblar".

Qaynağımız deyir ki, V.Musəvi onu döyən şəxslərin şöbədə sərbəst gəzdiklərinin də şahidi olub: “Polis rəisi İslam Hümbətov Vüqarın ağır xəsarət aldığının şahidi olduqdan sonra deyib ki, ona yanlış məlumat veriblər. Vüqara izahatında hadisənin olduğu kimi yazmasını xahiş edib və bu işi düzgün aparılacağını bildirdikdən sonra onu evə buraxıblar. Səhəri gün Vüqarın vəziyyəti pisləşib və onu xəstəxanaya aparıblar. Müayinədən keçdikdən sonra məlum olub ki, onun başının bir neçə yerində sümük çatı yaranıb. Həkim rəyindən qorxuya düşən icra başcısı döyülən Vüqar Musəvinin dayısı, Zaqatalanın keçmiş polis rəisi İlhamı təcili rayona çağırtdırıb və işin yoluna qoyulmasını xahiş edib.

Qaynağımız deyib ki, hazırda V.Musəvi ağır vəziyyətdə ev şəraitində müalicə olunur, onun sağ qalıb-qalmayacağı bilinmir: “Əgər sağ qalarsa, başına vurulan zərbələrdən heç bir əngəl qalmayacağı sual altındadır. Deyilənlərə görə, Vüqarın anası bu işi belə qoymayacağını, ölkə prezidentinə, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edəcəyini deyib. Qadın oğlunun qanını pula dəyişməyəcəyini bildirib.

Dünən bazar günü olduğundan məlumatla bağlı rəsmi qurumların, o cümlədən Göyçay İH başçısının mövqeyini öyrənə bilmədik. Buna baxmayaraq yazıda adları hallanan şəxsləri dinləməyə, mövqelərini çap etməyə hazırıq/musavat.com/.

Yazıda səhv varsa bu barədə bizə məlumat ver.

Səhv olan yazını seç və CTRL+ENTER düymələrini sıx və bizə göndər

Xəbər lentİ

Təqvİm

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

SORĞU

Yeni Dizayn Necədir?

Əla
Yaxşı
Pis
Bərbad
  Bütün səslər